Sumqayıtda bulvarında qeyri-adi evlilik təklifi – VİDEO – FOTO

1210

Sumqayıt bulvarında gənc oğlan sevgilisinə sürpriz evlilik təklifi edib.

ARB 24 xəbər verir ki, 22 yaşlı Sumqayıt sakini Rəvan Həmidov sevdiyi xanıma – İntizara sürpriz evlilik təklifi edib.

Şəhəri gəzməyə çıxan cütlük bulvara çatanda Rəvan əvvəlcədən hazırladığı sürprizi sevgilisi İntizara təqdim edib. Sevdiyi xanıma eşq elan edən gənc önündə diz çökərək qıza evlənmə təklifi edib. Dostları da bu işdə onlara yardımçı olublar. Rəvanın sevgisini romantik şüarla təqdim edən gənclər təklifin gerçəkləşməsində böyük rol oynayıblar.

Gənc qız isə ətrafa yığışan dostların alqışlarının sədasında bu qeyri-adi təklifə “hə” cavabı verib. İntizar hisslərini ifadə etməkdə çətinlik çəkib. Rəvan isə bütün xanımların bu diqqətə layiq olduğunu bildirib.

Rəvan Həmidov – evlilik təklif edən gənc: “Mənə elə gəlir ki, İntizar xanım bir həftə danışa bilməyəcək. Mən İntizar xanımdan daha çox həyəcanlıyam. “Hə” cavabını aldım. Tək İntizar xanım deyil, bütün xanımlar bu diqqətə layiqdirlər”.

Rəvanın həyatının həlledici günündə dostları əməlli-başlı şadyanalıq ediblər. Elə onlar da bu sevincli günü çoxdan gözləyiblər.

Həmin gün İntizar xanım üçün ikiqat bayram olub. Həm sevdiyi insandan sürpriz evlilik təklifi alıb, həm də Sumqayıt Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsinin diplomuna qovuşub. Cütlüyün dekabr ayında nişanı, gələn ilin fevralında isə toyu olacaq. Bu hadisə cütlüyün həyatında, yəqin ki, unudulmaz izlər buraxacaq. Allah xoşbəxt eləsin!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər