Sumqayıtda çoxmərtəbəli binadakı yanğında 17 nəfər tüstüdən zəhərlənib – SİYAHI

293

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin adları məlum olub.

“Report”un yerli bürosu məlumat verir ki, Sumqayıt şəhər sakinləri, 2008-ci il təvəllüdlü Adilov Kənan Elşən oğluna məxsus ümumi sahəsi 80 kv.metr olan mənzilin 40 kv.metr hissəsi yanıb.

Yanğın nəticəsində həmin binada yaşayan qonşular, 1960-cı il təvəllüdlü İsmayılova Solmaz Fərzalı qızı, 1973-cü il təvəllüdlü Zamanova Yeganə Alməmməd qızı, 1959-cu il təvəllüdlü Mikayılov Taleh Məmməd oğlu, 2002-ci il təvəllüdlü Süleymanlı Fidan Ədalət qızı, 2024-cü il təvəllüdlü Süleymanlı Emin Elmir oğlu, 2009-cu il təvəllüdlü Süleymanlı Türkan Elşən qızı, 2024-cü il təvəllüdlü Zamanlı Sofiya Elçin qızı, 1983-cü il təvəllüdlü Yaqubova Gülnar Vaqif qızı, 1994-cü il təvəllüdlü Həmidov Zaur Cavanşir oğlu, 1994-cü il təvəllüdlü Məhərrəmli Məhərrəm Məharət oğlu, 1988-ci il təvəllüdlü Vəliyeva İlahə Mirvəzir qızı, 1994-cü il təvəllüdlü Cəbrayılov Cəbrayıl Namiq oğlu və vətəndaşların evdən çıxarılmasına kömək edən polis nəfərləri – 1995-ci il təvəllüdlü Nəsibli Eyvaz Əlövsət oğlu, 1999-cu il təvəllüdlü Mahmudov Həşim Umüd oğlu, 1997-ci il təvəllüdlü Əsədov Valeh Etibar oğlu, 1989-cu il təvəllüdlü Yarıyev Zaur Məzahir oğlu və 1999-cu il təvəllüdlü Xancanov Riad Ruslan oğlu tüstüdən zəhərlənərək xəstəxaya yerləşdirilib, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Qeyd edək ki, iyulun 20-də axşam saatlarında Sumqayıt şəhərində 6-cı mikrorayonda yerləşən çoxmərtəbəli yaşayış binalarından birində yanğın baş verib. Təhlükəsizlik tədbirləri çərçivəsində 7-si uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər