Sumqayıtda daha bir ekoloji layihə həyata keçirilib

354
Sumqayıt şəhərinin Eko səfiri Famil Pirəliyev və Gənclərin İnkişafı və Karyera mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyi tərəfindən 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili və COP29″-a həsr olunmuş “”Təbiətin Qoruyucuları: Gənclər Ekoloji Liderliyə Doğru! ” -adlı səyyar layihə həyata keçirilib.
Layihə  SDU nəzdində Sumqayıt Dövlət Texniki Kolleci, Sumqayıt Musiqi Kolleci, Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci, İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzində həyata keçirilib.
Layihənin məqsədi tələbə gənclərin “Təbiətin Qoruyucuları” adlı təşəbbüs, gənclərin ekoloji problemlərin həllində iştirakını artırmağı və onların təbiəti qoruma sahəsində liderlik qabiliyyətlərini inkişaf etdirməyi hədəfləyir. Bu gənclər ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə mübarizə, təbii resursların düzgün istifadəsi və ekoloji şüurun yayılması kimi məsələlərdə fəal rol oynayırlar. Gənclər öz təşəbbüsləri ilə fərqli ekoloji layihələr həyata keçirir, maarifləndirmə kampaniyaları təşkil edir və yerli icmalarda ekoloji dəyişikliklərə töhfə verirlər.
Gənclər bu sahədə əldə etdikləri biliklərlə təqdimatlar hazırlayıb, bu problemlərin qarşısının alınmasında öz potensiallarını nümayiş etdiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər