İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Sumqayıtda Xızı və Siyəzən rayonlarından və Sumqayıt şəhərindən olan vətəndaşlarla görüşüb.
Əmlak Məsələləri Dövlət Xidmətindən sumqayitxeber.com-a bildirilib ki, görüşdə iştirak edənlər daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qeydiyyatı və sərhədlərinin dəqiqləşdirilməsi, təyinatının dəyişdirilməsi və digər məsələlər barədə müraciət ediblər.
Qaldırılan bəzi məsələlər öz həllini tapıb, araşdırılması tələb olunan müraciətlərin mütəxəssislərin iştirakı ilə yerində baxılması qərara alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub.
Müzakirə qapadılmışdır.