26 aprel 2025-ci il tarixində Sumqayıt şəhərinin 9-cu mikrorayonunda, 20 və 21-ci binaların qarşısında məhəllə sakinləri üçün yeni istirahət guşəsi istifadəyə verilib. Layihə Milli Məclisin deputatı Tahir Mirkişilinin təşəbbüsü, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və “Qartal” Tikinti Şirkətinin dəstəyi ilə həyata keçirilib.
Açılış mərasimində Milli Məclisin deputatı Tahir Mirkişili, “Qartal” Tikinti Şirkətinin rəhbəri Şahin Məmmədov, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, ağsaqqallar və sakinlər iştirak ediblər.
Çıxış edən Tahir Mirkişili ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətə, xüsusilə də əhalinin rifahının artırılması istiqamətində görülən işlərə toxunub. Deputat bu kimi təşəbbüslərin məhəllə həyatına müsbət təsir etdiyini, insanların bir araya gəlməsi və istirahət etməsi üçün yeni imkanlar yaratdığını vurğulayıb.
“Qartal” Tikinti Şirkətinin rəhbəri Şahin Məmmədov çıxışında layihənin həyata keçirilməsində iştirak etməkdən qürur duyduqlarını bildirib və gələcəkdə də bu kimi sosial təşəbbüslərə dəstək verməyə hazır olduqlarını qeyd edib.
YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov isə bu təşəbbüsü ictimai həmrəyliyin və ağsaqqallara göstərilən dərin ehtiramın bariz nümunəsi kimi dəyərləndirib.
Tədbirdə çıxış edən məhəllə ağsaqqalları və sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Yeni istirahət guşəsi yerli sakinlərin dincəlməsi və sosial ünsiyyəti üçün istifadəyə verilib.
Müzakirə qapadılmışdır.