Sumqayıtda Dünya Ətraf Mühitin Mühafizəsi Günü ilə bağlı təmizlik aksiyası keçirilib

843

5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə Sumqayıt şəhərində genişmiqyaslı təmizlik aksiyası təşkil olunub. Aksiya Sumqayıt Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Aksiya Xəzər dənizinin sahilyanı ərazilərinin tullantılardan təmizlənməsini əhatə edib. Təmizlik işlərinə ASAN Könüllüləri, Sumqayıt Gənclər Evinin könüllüləri, digər qurumların nümayəndələri və şəhər ictimaiyyətinin nümayəndələri də qoşulublar.

Aksiya iştirakçıları sahilyanı zonada toplanmış tullantıların çeşidlənməsini həyata keçirib, daha sonra şəhərin təmizlik departamentinin nümayəndələrinə təhvil veriblər.

Tədbirin təşkilatçıları qeyd ediblər ki, bu kimi aksiyalar ətraf mühitin qorunmasında cəmiyyətin fəal iştirakını təmin etməklə yanaşı, ekoloji mədəniyyətin formalaşmasında mühüm rol oynayır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər