Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçiriləcək

454

Baş Prokurorluq tərəfindən Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçiriləcək.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, aprelin 16-da Baş Prokurorluq tərəfindən Sumqayıtda ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə konfrans təşkil ediləcək.

Tədbir zamanı, həmçinin, dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında müzakirələr aparılacaq.

Toplantı çərçivəsində, Sumqayıt şəhər prokurorluğunda “Açıq qapı” günü təşkil ediləcək.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən 10-dan çox regional konfranslar təşkil edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər