Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə Sumqayıt şəhərində 2010-cu ilin yanvar ayında güzəştsiz əhali kateqoriyası üzrə elektrik enerjisinin istehlakı artıb.
Belə ki, 2009-cu ilin dekabr ayında şəhərin güzəştsiz əhali qrupu tərəfindən 14818,15 min kvt/saat həcmində elektrik enerjisi istifadə edilib, cari ilin yanvar ayında isə bu rəqəm 17921,20 min kvt/saat olub. Bu barədə “Sumqayıtelektrikşəbəkə” ASC-nin Sumqayıt Elektrik Şəbəkə Rayonunun rəisi Hakim Hüseynov məlumat verib.
Verilən məlumata görə, cari ilin yanvar ayı ərzində şəhərin güzəştsiz əhali qrupu tərəfindən 1075,27 min manat dəyərində elektrik enerjisi istifadə edilib. Bunun müqabilində əhali tərəfindən 1005,16 min manat dəyərində ödəniş olub ki, bu da 93,48 faiz təşkil edir.
Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə 78640 nəfər abonent vardır. Şəhər üzrə ümumilikdə 75071 ədəd elektrik sayğacı quraşdırılıb.