2024–2025-ci tədris ilində keçirilən ali məktəblərə qəbul imtahanlarında Sumqayıt şəhərinin ümumtəhsil məktəblərini bitirən 69 abituriyent 650-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərib. Bu göstərici Sumqayıt təhsilinin uğurlu inkişafının və şagirdlərin elmi bilik səviyyəsinin yüksəlməsinin bariz nümunəsidir.
Yüksək nəticə göstərən 69 abituriyent şəhərin 25 ümumtəhsil məktəbini təmsil edir. Onlar yüksək bal toplayaraq Sumqayıt təhsilinin uğuruna mühüm töhfə veriblər.
Bu göstəricilər bir daha təsdiqləyir ki, Sumqayıtda təhsilin keyfiyyəti və şagirdlərin akademik hazırlığı ildən-ilə yüksəlir, müəllim və şagirdlərin zəhməti real nəticələrlə öz təsdiqini tapır.
sumqayitxeber.com 2024–2025-ci tədris ilində keçirilən qəbul imtahanlarında 650 və daha yüksək bal toplayan Sumqayıt şəhər məktəblərinin məzunlarına dair statistik məlumatlarıtəqdim edir.
Hazırladığımız reytinq cədvəli, şəhərin ümumtəhsil müəssisələri üzrə yüksək nəticə göstərən abituriyentlərin sayını və faiz göstəricilərini əks etdirir. Bu məlumatlar Sumqayıt təhsilinin inkişaf dinamikasını və məktəblərin nailiyyətlərdəki payını aydın şəkildə göstərir.
Aşağıda həmin reytinq cədvəli ilə tanış ola bilərsiniz:
Sumqayıt şəhəri məktəblərindən 650+ bal toplayan abituriyentlər
2024-2025-ci tədris ili
🏫 25 məktəb
⭐ 650+ bal
Sıra | Məktəb adı | Say | Faiz |
---|---|---|---|
🥇 | Təbiət elmləri təmayüllü gimnaziya | 19 | 27.1% |
🥈 | Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyi | 6 | 8.6% |
🥉 | Adil İbrahimli adına 14 nömrəli tam orta ümumtəhsil məktəbi | 5 | 7.1% |
4 | 36 nömrəli tam orta ümumtəhsil məktəbi | 4 | 5.7% |
5 | “Təfəkkür” liseyi | 3 | 4.3% |
6 | 11 nömrəli tam orta ümumtəhsil məktəbi | 3 | 4.3% |
7 | 27 nömrəli tam orta ümumtəhsil məktəbi | 3 | 4.3% |
8 | Humanitar və təbiət-riyaziyyat təmayüllü “İstedad” liseyi | 2 | 2.9% |
9 | 13 nömrəli tam orta ümumtəhsil məktəbi | 2 | 2.9% |
10 | Həzi Aslanov adına 22 nömrəli tam orta ümumtəhsil məktəbi | 2 | 2.9% |
11 | Polad Həşimov adına 28 nömrəli tam orta ümumtəhsil məktəbi | 2 | 2.9% |
12 | Tofiq İsmayılov adına 29 nömrəli tam orta ümumtəhsil məktəbi | 2 | 2.9% |
13 | Mikayıl Müşfiq adına 34 nömrəli tam orta ümumtəhsil məktəbi | 2 | 2.9% |
14 | Vaqif İbrahim adına 35 nömrəli tam orta ümumtəhsil məktəbi | 2 | 2.9% |
15 | 41 nömrəli tam orta ümumtəhsil məktəbi | 2 | 2.9% |
16 | İsmət Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi | 1 | 1.4% |
17 | Mətləb Quliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi | 1 | 1.4% |
18 | 5 nömrəli tam orta ümumtəhsil məktəbi | 1 | 1.4% |
19 | Nəsrəddin Tusi adına 12 nömrəli tam orta ümumtəhsil məktəbi | 1 | 1.4% |
20 | 21 nömrəli tam orta ümumtəhsil məktəbi | 1 | 1.4% |
21 | 23 nömrəli tam orta ümumtəhsil məktəbi | 1 | 1.4% |
22 | 24 nömrəli tam orta ümumtəhsil məktəbi | 1 | 1.4% |
23 | Anar Şükürov adına 25 nömrəli tam orta ümumtəhsil məktəbi | 1 | 1.4% |
24 | Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta ümumtəhsil məktəbi | 1 | 1.4% |
25 | 33 nömrəli tam orta ümumtəhsil məktəbi | 1 | 1.4% |
Müzakirə qapadılmışdır.