Sumqayıtda ər arvadının əvvəlcə başını yardı, sonra isə BIÇAQLADI

1898

Sumqayıt şəhərində ailə münaqişəsi zəminində kişi öz həyat yoldaşını döyərək bıçaqlayıb.

sumqayitxeber.com report-a istinadən xəbər verir ki, hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada baş verib.

Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Vəliyeva Ulduz Nazim qızı yaşadığı ünvanda vəhişəcəsinə döyülərək bıçaqlanıb. Zərərçəkmişin dediyinə görə, hadisəni onun həyat yoldaşı törədib. Kişi əvvəlcə saxsı qabla qadının başını yarıb, ardınca onu sağ qolundan bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər