Sumqayıtda “Erkən nigah” və “Məişət zorakılığına və insan alverinə qarşı mübarizə” mövzusunda tədbir təşkil olunub

775

Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Abşeron-Xızı Regional Təhsil İdarəsinin, Sumqayıt Şəhər Polis İdarəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə “Erkən nigah” və  “Məişət zorakılığına və insan alverinə qarşı mübarizə” mövzusunda tədbir təşkil olunub.

Sumqayıt şəhər Corat qəsəbəsində yerləşən 7 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən 7 nömrəli tam orta məktəbin direktor əvəzi Nuranə Hümbətova gələn qonaqları salamlayıb və bildirib ki, rəhbəri olduğu təhsil müəssisəsində mütəmadi olaraq şagirdlərlərlə maarifləndirici söhbətlər keçirilir. Onların pis vərdişlərdən uzaq olmaları üçün mühüm addımlar atılır. Vaxtaşırı idman yarışları, intellektual oyunlar keçirilir. Bu da onların müsbətyönümlü inkişafına mühüm töhvələr verir.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması məqsədi ilə yaradılan monitorinq qrupunun sədri Ülviyyə Müzəffərova qeyd edib ki, tədbirin məqsədi ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində cəmiyyəti maarifləndirməkdir.

Çıxışlarda diqqətə çatdırılıb ki,“Erkən nigah”,“Məişət zorakılığı və insan alveri bəşəriyyətin ən böyük problemlərindən biridir. Bu problemlərin qarşısının alınması üçün dövlətimiz tərəfindən bir sıra mühüm işlər görülür. O da qeyd olunub ki,bu hallarla rastlaşan şagirdlər aidiyyatı qurumlara məlumat verə bilərlər ki,burda da anonimlik qorunur. Tədbir diskussiya şəklində davam etdirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər