Sumqayıtda evdə abort edən qadın öldü

859
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Sumqayıtda qadının doğum evində ölməsi ilə bağlı məsələyə münasibət bildirib.
TƏBİB-dən bildirilib ki, qadın səhər saatlarında vəfat edib:

 

“Abşeron rayonu Ceyranbatan qəsəbəsi sakini 1985-ci il təvəllüdlü Günel Əhəd qızı Fəttayeva 4 iyul saat 04:20 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Perinatal Mərkəzinə təcili tibbi yardım avtomobili ilə natamam düşük, 12 həftə hamiləlik, 3-cü dərəcəli kəskin posthemarrogik şok, uşaqlıqda üç çapıq və uşaqlıq divarının zədələnməsi diaqnozu ilə daxil olub. Ağır vəziyyətdə xəstəxanaya daxil olan xəstə tibbi müdaxilələrə baxmayaraq, 08:35-də dünyasını dəyişib”.
Qeyd edilib ki, qadının nəşi təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər