Son dövrlərdə Sumqayıtda daşınmaz əmlak bazarında köhnə tikililərin qiymətləri kəskin artıb. Sumqayitxeber.com-un apardığı araşdırmalara görə, “Xruşovka” layihəli 5 mərtəbəli binalarda 1 otaqlı mənzillərin qiymətləri diqqət çəkir.
Belə ki, “Xruşovka” layihəli binalarda:
- 1-ci və 5-ci mərtəbələrdə yerləşən təmirsiz mənzillərin qiyməti 45-48 min manat arasında dəyişir;
- Orta mərtəbələrdə təmirsiz mənzillərin qiyməti isə 48-52 min manat arasındadır;
- Orta təmirli mənzillər 54-58 min manat civarındadır.
“Leninqrad” layihəli binalarda qiymətlər nisbətən daha yüksəkdir. Orta mərtəbələrdə yerləşən təmirli 1 otaqlı mənzillərin qiyməti 57-63 min manat arasında dəyişir.
“Stalinka” layihəli binalarda isə qiymətlər daha da yüksəkdir. Bu binalarda təmirli 1 otaqlı mənzillərin qiyməti 63-68 min manat arasında dəyişir.
Əmlak bazarındakı bu qiymət artımı alıcılar arasında narahatlıq doğursa da, əmlak mütəxəssisləri bunun səbəbini iqtisadi inkişaf və tələb artımı ilə izah edirlər.
Müzakirə qapadılmışdır.