Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın hadisəsi qeydə alınıb. İlkin məlumata görə, yanğın adi yaşayış massivində yerləşən evlərin birində baş verib.
sumqayitxeber.com xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Yanğının söndürülməsi və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində zəruri işlər aparılır.
Yanğının hansı səbəbdən baş verdiyi, eləcə də əraziyə və sakinlərə dəyən zərərin miqdarı araşdırılır. (Report.az)
Müzakirə qapadılmışdır.