Sumqayıtda fövqəladə hallara hazırlıq təlimi keçirildi

837
Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd mülki müdafiə planının reallığının əhalinin və işçilərin fövqəladə hadisələr zamanı mühafizə olunmasının təşkilinin yoxlanılması, fövqəladə hadisələr zamanı xilasetmə və digər təxirəsalınmaz işləri yerinə yetirərkən rəhbər heyətin qərar qəbul etmək bacarığının təkmilləşdirilməsi,müıki müdafiə dəstələrinin fövqəladə hadisələr zamanı gözlənilərkən və ya baş verərkən onların nəticələrinin aradan qaldırılması zamanı əməli vərdişlərin öyrədilməsi olub.
Təlimə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Şəhər Polis İdarəsinin, Sumqayıt Tibb Mərkəzinin və onun tabeliyində olan Təcili Tibbi Yardım Xəstəxanasının əməkdaşları cəlb olunub.
Çıxış edənlər bu cür təlimlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.
Qeyd edək ki, mülki müdafiənin məqsədi fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması və fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılmasından ibarətdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər