Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin və Sumqayıt Gənclər Evinin təşkilatı dəstəyi ilə 18 yanvar 2024-cü il tarixində Gənclər Evində Sumqayıt Tələbələri İctimai Birliyi tərəfindən Gənclər Fondunun XVII qrant müsabiqəsi çərçivəsində “Gənc İxtiraçılar Laboratoriyası 2.0” layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən layihə rəhbəri Ceyhun Hüseynov ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, Gənclər Fondunun və İctimai Birliyin fəaliyyətindən danışıb. Bildirildi ki, Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən “Gənc İxtiraçılar Laboratoriyası 2.0” layihəsinin məqsədi İKT mühəndisliyi sahəsəinə həvəsi olan gənclərdən ibarət laborotoriya yaratmaq, robot texnologiyaları, dizayn, kodlaşdırma sahələrinə marağ oyatmaq, bu sahədə təhsillərini davam etdirmək, gələcəkdə karyera və ixtisas seçimləriində yardım göstərməkdir.
Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi Zaur Osmanov, Gənclərin İnkişafı və Karyerası Mərkəzinin Abşeron-Xızı Regional nümyəndəliyinin direktoru Sevinc Qasımova və layihə təlimçisi Ramil Süleymanov çıxışlarında gənclərə göstərilən diqqət və qayğıdan, Gənclər Fondunun fəaliyyətindən və layihənin əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, 3 ay müddətinə davam edəcək layihədə ümumilikdə 250 nəfər iştirakçı olmaqla 5 təlimin keçirilməsi nəzərdə tutulub.
Sumqayıtda “Gənc İxtiraçılar Laboratoriyası 2.0” layihəsinin təqdimat mərasimi keçirilib
•
335
Müzakirə qapadılmışdır.