Sumqayıtda gənclər ətraf mühitin mühafizəsində həmrəy oldu

1265
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin, 1 və 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzlərinin birgə təşkilatçılığı ilə 29 fevral 2024-cü il tarixində “İdman həftəsi” çərçivəsində “Gənc iqlimçilər” adlı dəyirmi masa təşkil olunub.
Tədbirdə Regional İdarənin rəisi Telman Kərimov çıxış edərək, ölkə başçısı cənab İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamından irəli gələn məsələlərdən, qarşıda duran vəzifələrdən, həmçinin Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 28 fevral – 5 mart “İdman həftəsi” çərçivəsində ölkəmizdə və şəhərdə həyata keçiriləcək tədbirlərdən danışıb.
Cari ilin 01 mart tarixində isə gənclər Regional İdarənin təşkilatçılığı ilə Sumqayıt Olimpiya İdman Kompleksinin ərazisində iməclik və ağacəkmə aksiyasında iştirak edib.
+9
Bütün reaksiyalar:

Səadət Hüseyn, Rufet Mahmudzade və başqa 24 nəfər

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər