umqayıt şəhərində Prezident yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Sumqayıt şəhərində fəal gənclər və effektiv bələdiyyə xidmətləri” layihəsi çərçivəsində 25 nəfər ictimai fəal və bələdiyyə strukturlarında işləyən gənclərə “vətəndaş iştirakçılığı” və “gənclərin yerli özünüidarəetmə orqanlarında iştirak prinsipləri” mövzusunda günlük təlimlər keçirilib.
Təlimçi Talıb Bayramov interaktiv metodla fəal vətəndaş anlayışı və xüsusiyyətləri, bələdiyyə strukturlarında fəal vətəndaşın gözləntiləri və töhfələri, gənclərin iştirak formaları-ictimai dinləmələr, gənclər təşkilatları, ictimai şuralar, qərarvermə proseslərində vətəndaş və gənclərin iştirakçılıq forması haqqında biliklər və bacarıqlar aşılanıb. Təlimdə gənclərin yerli və regional idarəçilikdə iştirakının gücləndirilməsi haqqında 2002-ci ildə qəbul edilən Krakov Deklarasiyasının istiqamətləri və prioriteti haqqında məlumat verilib. Təlimin birinci günündə Sumqayıt şəhər Bələdiyyəsinin şöbə müdiri Akif Kərimov təlimdə qonaq qismində iştirak etmiş, gənclərin yerli bələdiyyə haqqında fikirləri, gözləntiləri və fəaliyyətləri ilə bağlı təkliflərini dinləyib. Layihə çərçivəsində növbəti təlim 30 noyabr – 1 dekabrda “Təşkilati quruculuq və liderlik” mövzusunda keçiriləcək. Növbəti təlimin proqramı çərçivəsində Sumqayıt şəhər Bələdiyyəsinin sədri Əbülfəz Babayevin təlim iştirakçıları ilə görüşü də nəzərdə tutulub
Müzakirə qapadılmışdır.