Azərbaycan Respublikası Prezidentinin “2 fevral – Gənclər günü kimi qeyd olunması haqqında” Sərəncamına, habelə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2-6 fevral 2018-ci il tarixində ənənəvi “Gəncliyin səsi” festivalı keçiriləcəkdir. Festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.
2016-cı ildən etibarən sözügedən festival Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə keçirilir.
Cari ildə “Gəncliyin səsi” festivalının “ASAN Könüllüləri” Təşkilatı ilə birlikdə Sumqayıt şəhərində də keçirilməsi planlaşdırılır.
Eyni zamanda festivalın açılış mərasimində istedadlı gənclərin mükafatlandırılması nəzərdə tutulmuşdur.
Festival çərçivəsində keçiriləcək tədbirlər:
3 fevral 2018-ci il, saat – 14:00 Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində gənclərin rəsm əsərlərindən ibarət sərgisi və Prezident təqaüdçülərinin konserti keçiriləcək.