Sumqayıtda gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun iclası keçirilib

427

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında himayəçilik və qəyyumluq komissiyasının tərkibində fəaliyyət göstərən gender zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının qarşısını almaq məqsədi ilə yaradılan monitorinq qrupunun iclası keçirilib.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini monitorinq qrupunun sədri Ülviyyə Müzəfərova görülmüş işlər haqqında məlumat verib. Qeyd olunub ki, monitorinq qrupu daxil olan müraciətləri diqqətlə yanaşır və müsbət həlli istiqamətində işlər aparır.

İclasda il ərzində həyata keçiriləcək tədbirlərin planı təsdiqlənib və müzakirə olunub.

Ülviyyə Müzəfərova idarə, müəssisə və təşkilatların əlaqələndirici şəxslərinə tədbirlərin uğurla həyata keçirilməsi üçün tapşırıqlar verib.

Diqqətə çatdırılıb ki, gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazimi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin  araşdırılması və təhlili, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyası daşıyır.
Digər çıxışçılar mövzu ətrafında məruzə ilə çıxış ediblər. Tədbir diskusiya şəraitində davam etdirilib.

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər