Sumqayıtda hərbçilərin təntənəli yürüşü keçirilib

615

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Sumqayıt şəhərində hərbi qulluqçuların yürüşü və orkestrin nümunəvi çıxışları təşkil olunub.

Yürüşə Heydər Əliyev Mərkəzinin qarşısından start verilib və Sumqayıt Dənizkənarı Bulvarda Bayraq meydanınadək davam edib.

Sonda parad iştirakçıları qarşısında çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov bildirib ki, 106 il öncə yaradılan şanlı ordu bu illər ərzində müxtəlif mərhələlərdən keçərək formalaşıb. Ordunun ən yüksək səviyyədə inkişafı və nizam-intizamı isə müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. Bu müqəddəs amalı Prezident İlham Əliyev uğurla davam etdirir. Ordu quruculuğunda həyata keçirilən işlərin nəticəsidir ki, bu gün Azərbaycan ordusu qalibdir və torpaqlarımız düşmən tapdağından tam azad edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər