Sumqayıtda “Heydər Əliyev İli” çərçıvəsində “açıq qapı günü” keçirilib – FOTO

444
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində “Heydər Əliyev İli” çərçıvəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi” devizi ilə məktəblilər üçün “açıq qapı günü” keçirilib.
Əvvəlcə, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Mərkəzin binasındakı büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.
Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Ceyhun Salmanov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quluyev, mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir öz işinə Azərbaycan Respublikasının Dövlət bayrağının meydana gətirilməsi və Dövlət himninin səsləndirilməsi başlayıb.
Tədbirdə çıxış edən Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılan parlaq Qələbədə gənclərin mühüm rol oynadığını diqqətə çatdırıb.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quluyev öz çıxışında Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli ömür yolunun gənc nəsil tərəfindən öyrənilməsinin vacibliyini vurğulayıb.
Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Ceyhun Salmanov Azərbaycanda gənclər hərəkatının tarixindən danışıb, Azərbaycan gənclərinin hərtərəfli inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edib.
Tədbir Sumqayıt məktəblilərinin və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar, səhnəcik və rəqslərlə davam edib.
Tədbirdə, həmçinin Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən nəşrlərdən və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Daha sonra tədbir iştirakçıları tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Mərkəzin ərazisində 100 ədəd ağac və gül kolları əkilib.

Sumqayıtda “Heydər Əliyev İli” çərçıvəsində “açıq qapı günü” keçirilib - FOTO

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər