Sumqayıtda icra başçısı növbəti vətəndaş qəbulu keçirib

686

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinləri narahat edən məsələlərin öyrənilməsi və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə növbəti səyyar qəbul-görüş keçirib. Şəhərin 9-cu mikrorayon ərazisində yerləşən 26 nömrəli məktəbdə keçirilən görüşdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri,idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.

Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürüldü.

Qeyd edək ki, Sumqayıt şəhərində davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər