Dekabrın 24-28-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Sumqayıt Regional Vəkil Bürosu, “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun birgə təşkilatçılığı ilə 28 dekabr – “Vəkil Günü” peşə bayramı və Sumqayıt şəhərinin 75 illiyinə həsr olunan “Dünya Vəkil Cübbələri və Atributları” sərgisi keçiriləcək.
E-huquq.az-ın məlumatına görə, Sumqayıt şəhər “Poeziya Evi”ndə təşkil olunacaq sərgidə Vəkillər Kollegiyasının üzvü Kamandar Nəsibovun şəxsi kolleksiyasında yer alan dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dən çox vəkil, hakim cübbəsi, atributlar nümayiş olunacaq.
Qeyd edək ki, 24-28 dekabr tarixlərində təşkil ediləcək sərgidə iştirak ödənişsizdir. Arzu edən hər kəs qeyd edilən tarixlərdə saat 10:00-dan 17:00-dək “Poeziya Evi”nə yaxınlaşa bilər.

Müzakirə qapadılmışdır.