Sumqayıtda ilk dəfə: peşəkarlar arasında reytinq və kəmər döyüşləri

607

Sumqayıt şəhər İcra Hakimiyyətinin və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə 29 may 2016-ci il tarixində Sumqayıt şəhərində 28 May – Respublika gününə həsr edilmiş kikboksinq üzrə  “Azərbaycan kəməri” uğrunda peşəkarlararası turnir keçirilib.

Yarışda Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, millət vəkilləri Fuad Muradov, Adil Əliyev, Tahir Mirkişili, Ülvi Quliyev, Mahir Abbaszadə, Kamran Nəbizadə, Elşad Həsənov, Aydın Hüseynov, Mirzəcan Xəlilov, Azər Badamov, Eldəniz Səlimov, Rəşad Mahmudoviştirak edib.

Sumqayıt Şəhər Olimpiya Kompleksində keçirilən peşəkarlar arasında kikboksinq üzrə reytinq və kəmər döyüşlərində ümumilikdə 14 idmançı rinqə çıxıb.

Reytinq döyüşlərində Əsgər Rəhimov, Amid Hüseynov, Rauf  Nəcəfov, Arzuman Qədimov, kəmər döyüşündə Anar Məmmədov, kəmər müdafiəsində isə Ramal Aslanov və Nahid Əsədov qalib gəlib.

Yarış İdman Azərbaycan kanalı tərəfindən canlı yayımlanıb.

DSC_0046

DSC_0077

DSC_0021

DSC_0088DSC_0091DSC_0103DSC_0116DSC_0121DSC_0129DSC_0153DSC_0171DSC_0185DSC_0202DSC_0208DSC_0214DSC_0223DSC_0230DSC_0239DSC_0248DSC_0252DSC_0260DSC_0262DSC_0264DSC_0265DSC_0268DSC_0290DSC_0296

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər