Sumqayıtda ilk yaşandı: insanlar ora axışdı – FOTOLAR

279

Sumqayıt şəhəri Kimyaçı Mədəniyyət Sarayında tanınmış qiraətçi Xəzər Süleymanlının poeziya gecəsi keçirilib.

Globalinfo.az-ın məlumatına görə, tədbir ritmik qəzəl ifası ilə başlayıb. Daha sonra çıxış edən Xəzər Süleymanlı bildirib ki, bu, onun Bakıdan kənarda təşkil edilən ilk poeziya gecəsidir.

Gecədə Xəzər Süleymanlı Azərbaycan poeziyasından məşhur şairlərin sevilən şeirlərini “Çahargah ansamblı”nın müşayiəti ilə səsləndirib.

Zabitə Əliyeva, Pərviz Abdullayev, Çinarə Məlikzadə, Leyla Rəhimova kimi müğənnilər öz ifaları ilə musiqili poeziya axşamına xüsusi çalar qatıblar.

Gecənin maraqlı məqamlarından biri 3 yaşlı Səhra İsmayılovanın səhnəyə çıxıb şeir oxuması olub.

Xəzər Süleymanlı bildirib ki, belə poeziya gecələrini Azərbaycanın digər şəhər və rayonlarında da keçirilməsi üçün hazırlıqlara start verilib.

Xezer 3 3 Xezer 2 3 Xezer 1 3

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər