Sumqayıtda İnnovasiya Mərkəzi fəaliyyətə başlayacaq

1500

Gələn il Lənkəran, Gəncə və Sumqayıtda xüsusi innovasiya məkanlarının işə salınması, paytaxtdan kənarda yerli istedadlar və sahibkarlıq mərkəzlərin yaradılması planlaşdırılır.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri İnarə Vəliyeva Bakıda keçirilən “Inmerge” İnnovasiya Sammitinin ikinci günündə rəqəmsallaşma ilə bağlı paneldə çıxışı zamanı deyib.

İ.Vəliyevanın sözlərinə görə, bununla yanaşı, yaxın zamanlarda Bakıda “Digital Hub” istifadəyə veriləcək: “Bu transformativ məkan tədqiqatçıları, sahibkarları, yaradıcıları, korporasiyaları, xidmət təminatçılarını, dövlət qurumlarını və innovatorları bir dam altında birləşdirən mərkəzi əlaqə rolunu oynayacaq. O, ideyaları məhsullara çevirmək, innovasiyaları, əməkdaşlığı və yaradıcı həlləri təşviq etmək üçün nəzərdə tutulub”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər