Sumqayıt şəhər 3 nömrəli tam orta məktəbdə “İnsan alveri və məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir təşkil edilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini, məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun rəhbəri Ülviyyə Müzəffərova, “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin rəhbəri Zemfira Mustafayeva və məktəbin direktoru Ülkər Çəndirli iştirak ediblər.
Görüş zamanı qonaqlar insan alverinin müxtəlif formaları, məişət zorakılığının yaranma səbəbləri, hüquqi çərçivə, dövlətin bu sahədə həyata keçirdiyi müdafiə mexanizmləri barədə ətraflı məlumat veriblər. Həmçinin zorakılıq halları ilə üzləşən şəxslərin müraciət edə biləcəyi qurumlar barədə tələbələr maarifləndirilib və onlara tövsiyələr səsləndirilib.
Tədbir interaktiv şəkildə davam edib, şagirdlərin sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.



Müzakirə qapadılmışdır.