Sumqayıtda işdən çıxarılan rəis Bakıda yeni vəzifəyə gətirildi

605

Bir neçə ay əvvəl Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsində keçirilən yoxlamalar zamanı fəaliyyətində ciddi nöqsanlar aşkarlanan şöbə rəisi Azad Məmmədov yeni vəzifəyə təyin olunub. “OLAYLAR”ın məlumatına görə, Azad Məmmədov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində baş inspektor vəzifəsinə təyin olunub. Hazırda Azad Məmmədov idarədə vəzifəsini icra edir. Xatırladaq ki, Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsində işləyərkən mayor hərbi rütbəsində olan Azad Məmmədov hazırda polis polkovnik-leytenantıdır.

Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsində qəfil yoxlama keçirib. Yoxlamalar zamanı şöbədə kifayət qədər ciddi nöqsanlar aşkarlanmış, sürücülərin kobud qanun pozuntularını ört-basdır edən protokollar üzə çıxmışdı. Yoxlamaların nəticəsi olaraq şöbə rəisi Azad Məmmədov və digər 4 vəzifəli şəxs tutduğu vəzifədən azad edilmişdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər