Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1982-ci il təvəllüldü Ramin Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında R.Şükürovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin hökmü ilə R.Şükürov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verib. Şəhər sakini 35 yaşlı R.Şükürov keçmiş həyat yoldaşı Xəyalə Həsənovaya 17 bıçaq zərbəsi endirib.
Yaralı çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.
İlkin araşdırmadan sonra qadının bir müddət əvvəl boşandığı və R.Şükürovla aralarında uzun müddətdir mübahisənin olduğu məlum olub.
Hadisəni törədən Ramil Şükürov könüllü olaraq polis idarəsinə gəlib və hər şeyi etiraf edib.
Müzakirə qapadılmışdır.