Sumqayıtda “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunub

383

Novruz bayramı münasibətilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Sumqayıt şəhərində – Kimyaçı Mədəniyyət Sarayının qarşısında “Kənddən Şəhərə” Novruz yarmarkaları təşkil olunub.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov yarmarka ərazisinə gələrək təşkil olunanyarmarka ilə tanış olub, fermerlərlə söhbət edib və təqdim olunan məhsullara baxış keçirib.

Vurğulanıb ki, yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində yerli fermer və istehsalçıların məhsullarının bazara çıxışını dəstəkləmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd təsərrüfatı məhsulları ilə təminatını asanlaşdırmaqdır. Yarmarkada ölkənin müxtəlif bölgələrindən gətirilən meyvə-tərəvəz, ət və süd məhsulları, bal, quru meyvələr və digər kənd təsərrüfatı məhsulları alıcılara təqdim olunur.

Qeyd edək ki, “Kənddən Şəhərə” Novruz yarmarkalarında iştirak edən fermerlər piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunublar ki, bu da onların məhsullarını rahat və sərfəli şəkildə satışa çıxarmasına şərait yaradır.

Yarmarka hər gün saat 09:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər