Sumqayıtda mənzildən meyit tapılıb.
Meyit şəhərin Kimyaçılar adlanan ərazisindəki evlərdən birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin həmin ünvanda kirayədə yaşayan Cəlilabad rayon sakini 62 yaşlı Zakir Ağayevə məxsus olması müəyyənləşib. Meyit tapılarkən üzərində hansısa zorakılıq əlamətləri aşkar edilməyib.
Onun hansı səbəbdən öldüyü hələlik bilinmir.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.(lent.az)