Sumqayıtda kommunal xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir

321

Son günlər müşahidə olunan güclü və fasiləsiz yağıntılarla əlaqədar olaraq Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən  kommunal xidmət sahələrinin fəaliyyəti gücləndirilmiş rejimdə təşkil edilmişdir.

Yağıntıların yaratdığı çətinliklərin operativ şəkildə aradan qaldırılması məqsədilə aidiyyəti qurumlar tərəfindən fasiləsiz tədbirlər həyata keçirilir, su basmış ərazilərin təmizlənməsi, kanalizasiya xətlərinin açılması və digər zəruri işlər icra olunur.

Eyni zamanda, şəhər rəhbərliyinin nəzarəti altında xüsusi qərargah fəaliyyət göstərir. Qərargah üzvləri 24 saat ərzində baş verən bütün hadisələri diqqətdə saxlayır, daxil olan məlumatlara dərhal reaksiya verir və  aidiyyəti qurumlarla birgə problemlərin operativ həlli istiqamətində zəruri addımlar atırlar.

Bununla yanaşı, vətəndaş müraciətlərinin çevik şəkildə qəbul olunması və operativ reaksiya verilməsi üçün İcra Hakimiyyəti tərəfindən qaynar xətt (164) fəaliyyət göstərir. Daxil olan müraciətlər dərhal araşdırılır, müvafiq qurumlarla koordinasiyalı şəkildə problemlərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Mövcud vəziyyət nəzarətdə saxlanılır və şəhər infrastrukturunun normal fəaliyyətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər