Sumqayıtda kommunal xidmətlərdə fasilə yaranmayıb

573

Son günlər ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, Sumqayıt şəhərində elektrik enerjisi, qaz və su təchizatında hər hansı bir problem yaranmayıb. Şəhər rəhbərliyinin nəzarəti altında aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində çalışaraq, kommunal xidmətlərin fasiləsiz və stabil şəkildə təmin olunmasını təmin ediblər.

Qeyd edək ki, əvvəlcədən görülən profilaktik tədbirlər sayəsində hava şəraitinin kəskin dəyişməsi Sumqayıtda kommunal infrastrukturun fəaliyyətinə təsir etməyib.

Hazırda Sumqayıt şəhərində bütün kommunal xidmətlər stabil rejimdə fəaliyyətini davam etdirir. Yarana biləcək mümkün problemlərin operativ həlli üçün aidiyyəti qurumlar gücləndirilmiş rejimdə çalışırlar.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər