Sumqayıtda könüllü gənclər təltif edildi

433

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Gənclər Klubunun birgə təşkilatçılığı ilə Gənclər Evində gənc könüllülər üçün bədii-əyləncəli tədbir təşkil edilmişdir. Müxtəlif sahələri təmsil edən könüllülərin, hökümət və qeyri hökümət gənclər təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Tərlan Hacızadə ölkəmizdə o cümlədən Sumqayıtda həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən, həmçinin şəhərimizdə gənclərin hərtərəfli inkişafına yaradılan şəraitdən, yeniyetmə və gənclərin bilik və bacarıqlarının dəstəklənməsindən, son illər ərzində inşa olunan müasir tipli obyektlərdən və faydalarından danışmışlar. Qeyd olundu ki, Baş İdarənin fəaliyyət istiqamətlərindən biri də gənclər arasında könüllülük fəaliyyətinin təşviq edilməsi və fəal könüllülərin dəstəklənməsidir.
Tədbirdə Baş İdarə nəzdində fəaliyyət göstərən Gənclər Klubunun fəaliyyətinin bir illiyi münasibətilə İdarə Heyətinin bir qrup üzvü Baş İdarənin fəxri fərman və hədiyyələri ilə təltif edilmişdir.
Tədbir Sumqayıt Musiqi Kollecinin tələbələrinin, istedadlı və yaradıcı gənclərin maraqlı musiqi, şeir ifaları ilə davam etmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər