Sumqayıt şəhərində körpə birinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.
“Report”un məlumatına görə, hadisə “Yaşıldərə” yaşayış massivində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 2015-ci il təvəllüdlü İsmin Elxan oğlu Əliyev birmərtəbəli yaşayış evinin pəncərəsindən yıxılıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.