Sumqayıt şəhərində qanunsuz küçə ticarətinin qarşısının alınması istiqamətində tədbirlər davam edir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə növbəti reyd keçirilib.
Reyd zamanı şəhərin müxtəlif ərazilərində piyada hərəkətinə maneə törədən, sanitar-gigiyenik tələblərə cavab verməyən və icazəsiz fəaliyyət göstərən ticarət obyektləri müəyyən edilib. Satıcılara qanunvericiliyin tələbləri izah olunub, xəbərdarlıqlar edilib və onlara alternativ ticarət məkanlarından istifadə etmələri tövsiyə olunub.
Qeyd edək ki, şəhərdə küçə ticarəti ilə bağlı nəzarət tədbirləri mütəmadi olaraq davam etdirilir. Məsul qurumlar sakinləri və sahibkarları müəyyən edilmiş qaydalara əməl etməyə çağırır.
Reydin gedişatı və əldə edilən nəticələrlə bağlı daha ətraflı məlumat üçün yeni reportaj videosunu təqdim edirik.
Müzakirə qapadılmışdır.