Sumqayıt şəhər lift təsərrüfatının inkişafında uzunmüddətli və səmərəli fəaliyyət göstərmiş şəxslər yubileyləri münasibətilə təltif olunublar.
Şəhərin ictimai həyatında və lift təsərrüfatının inkişafında göstərdikləri xidmətlərə görə Məmmədov Ramiz Mirzə oğlu və Məmmədova Yekaterina Ponteleyevna Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun müvafiq sərəncamı ilə fəxri fərmanla təltif ediliblər.
Fəxri fərmanlar Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov tərəfindən təqdim olunub. Təqdimetmə zamanı təltif edilən şəxslər yubileyləri münasibətilə təbrik edilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Qeyd olunub ki, ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində son illər Sumqayıt şəhərində lift təsərrüfatının yenilənməsi istiqamətində mühüm işlər həyata keçirilib. Qısa müddət ərzində şəhərin lift təsərrüfatı əsaslı şəkildə yenilənib, əhalinin liftdən təhlükəsiz istifadəsinin təmin olunması məqsədilə istismar müddətini başa vurmuş 600-dən çox lift yeniləri ilə əvəz edilib. Həmçinin lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb.
Təltif olunanlar onlara göstərilən yüksək diqqət və etimada görə ölkə rəhbərliyinə və Sumqayıt şəhər rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.







Müzakirə qapadılmışdır.