Sumqayıtda maarifləndirici tədbir keçirilib

659

15 may 2024-cü il tarixində Sumqayıt Şəhər Polis İdarəsinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 7 nömrəli tam orta məktəbdə “Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına vurduğu zərər və doğurduğu təhdidlər” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bildirilib ki, tədbirin əsas məqsədi şagirdləri sağlam həyat tərzinə təşviq etmək, narkomaniya, tütün, alkoqol və digər psixotrop maddələrin mənfi təsiri barədə məlumatlandırmaqdır.

Tədbirdə Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev, Abşeron-Xızı Regional İdman İdarəsinin rəis əvəzi Rüfət Mahmudzadə, Sumqayıt şəhər Narkoloji dispanserin həkimi Vüsal Cabbarov, Sumqayıt şəhər Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki işin təşkili bölməsinin rəisi, polis mayoru Azər Bağırov və 7 nömrəli tam orta məktəbin direktoru Nuranə Hümbətova çıxış ediblər.

Çıxışlarda narkomaniyanın və digər zərərli vərdişlərin cəmiyyətə və insan sağlamlığına vurduğu zərərlər ətraflı izah edilib. Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb və mövzu haqqında qısa videoçarx nümayiş etdirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər