İyulun 15-də, Milli Mətbuat günü ərəfəsində kimyaçılarla Sumqayıt şəhər mətbuat nümayəndələrinin görüşü baş tutmuşdur. Görüş zamanı mətbuat nümayəndələri maraqlı ekoloji ideya irəli sürmüşdülər.
Şəhərimizin təmizliyini qorumaq məqsədi ilə sakinlərin sıx toplaşdığı ərazilərdə, həmçinin “Kapital Bank Arena”da plastik su qablarının toplanması və sonradan təkrar emala verilməsi üçün üzərində ekoloji-maariflərndirici yazılar olan su qabı formasında tullantı qablarının hazırlanması təklif edilmişdir.
Kimyaçılar isə bu qabların hazırlanmasını öz üzərlərinə götürmüşlər. Maraqlı dizayn ilə hazırlanan və şəhərimizi tullantı plastik qablardan təmiz edəcək bu maraqlı layihənin ilk modelləri isə stadionumuzda quraşdırılmışdır.
Müzakirə qapadılmışdır.