Sumqayıtda məişət zorakılığı ilə mübarizəyə dair monitorinq qrupunun iclası keçirilib

135

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında məişət zorakılığı ilə mübarizə üzrə Monitorinq və Əlaqələndirmə Qrupunun növbəti iclası keçirilib.

İclasda komissiya üzvləri ilə yanaşı, müxtəlif idarə və təşkilatların əlaqələndirici şəxsləri də iştirak ediblər. Tədbir zamanı 2024-cü ilin ilk altı ayı ərzində vətəndaşlara göstərilən xidmətlər barədə geniş müzakirələr aparılıb. Bu xidmətlər tibbi və sosial yardımlar, eləcə də hüquqi məsləhətlər sahələrini əhatə edib.

Eyni zamanda qarşıdakı aylarda həyata keçirilməsi nəzərdə tutulan maarifləndirici tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb və konkret təkliflər səsləndirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər