Sumqayıtda məktəbin statusu dəyişdirilib – liseyə çevrildi, qəbul dayandırıldı

125

Sumqayıtda məktəbin statusu dəyişdirilib – liseyə çevrüldü
Sumqayıt şəhərində fəaliyyət göstərən 23 nömrəli tam orta ümumtəhsil məktəbinin statusu dəyişdirilib.
Bu barədə Abşeron–Xızı Regional Təhsil İdarəsindən sumqayitxeber.coma məlumat verilib.
Bildirilib ki, məktəbin tipi dəyişdirilərək 23 nömritəli texniki fənlər təmayüllü lisey statusu verilib. Status dəyişikliyi ilə əlaqədar olaraq liseyə qəbul qaydalarında da müəyyən dəyişikliklər tətbiq olunub.
Məlumata görə, liseyə I sinfə qəbul və şagird yerdəyişməsi dayandırılıb. Bundan sonra təhsil müəssisəsinə şagird qəbulu yalnız VII sinifdən etibarən həyata keçiriləcək.
Qeyd olunub ki, liseyə qəbul mərkəzləşdirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq.
Regional Təhsil İdarəsi valideynlərdən və şagirdlərdən qəbul prosesi ilə bağlı bu dəyişiklikləri nəzərə almalarını xahiş edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər