Sumqayıt şəhər 21 nömrəli məktəbin kollektivi ağır itki ilə üzləşib
Sumqayıt şəhər 21 nömrəli məktəbin biologiya müəllimi, uzun illər pedaqoji fəaliyyət göstərmiş Eyvazova Məleykə xanım 65 yaşında dünyasını dəyişib. Uzun sürən xəstəlikdən sonra vəfat edən Məleykə müəllimə 35 ildən artıq məktəb həyatında çalışaraq kollektivin və şagirdlərin dərin hörmətini qazanmışdır. Onun dərin biliyi və tədrisə həsr etdiyi illər şagirdlərin sevgisini və müəllim kollektivinin ehtiramını qazandırmışdır. .
Allah rəhmət eləsin.
Müzakirə qapadılmışdır.