Sumqayıt şəhərində Muğam və Yaradıcılıq Mərkəzində möhtəşəm muğam axşamı keçirilib.
Sumqayıt Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın zəngin musiqi irsinin incisi hesab olunan muğam sənəti təqdim edilib, tamaşaçılara yüksək zövqlü və unudulmaz musiqi anları bəxş olunub.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, idarə və müəssisə rəhbərləri, şəhid ailələri və qazilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Muğam axşamında səhnəyə çıxan ifaçılar – Nisbət Sədrayeva, Rəvan Qaçayev, Ayşən Mehdiyeva, Aytac Baybalayeva, Murad Laçın, Gülnar Qüdrətli, Məftun Səfərov və Xəyal Hüseynov yüksək səviyyəli ifaları ilə tamaşaçıların rəğbətini qazanıblar.
İfaçıları peşəkar musiqiçilər – Rüstəm Müslümov (tar), Əməkdar artist Toğrul Əsədullayev (kamança), Röya Hacıyeva (kanon), Rəfael Əsgərov (balaban), Əhməd Əhmədov (qarmon), Səfərəli Məhəmmədəliyev (piano), Siyavuş Kərimov (nağara) və Səyyar Teymurov (bəm nağara) müşayiət ediblər.
Qeyd edək ki, tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və muğam sənətinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edib.




Müzakirə qapadılmışdır.