Sumqayıtda müxtəlif vaxtlarda evlərdən 100 min manatlıq oğurluq edən dəstə saxlanılıb.
Daxili İşlər Nazirliyindən “Report”a bildirilib ki, Sumqayıt şəhərində evlərdən birindən oğurluq edilib. Zərərçəkən Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək mənzilindən 4500 manat məbləğində pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib. İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 3 nəfər – Rəşad İsmayılov, Tural Hacıyev və Sahil Orucov saxlanılıblar.
Araşdırmalar zamanı bu şəxslərin Sumqayıt şəhəri və ətraf ərazilərdə müxtəlif vaxtlarda ümumilikdə 8 mənzilə daxil olaraq pul və qiymətli əşyalar oğurladıqları məlum olub.
Qeyd edək ki, dəstə üzvləri əsasən yaşayış evlərinin birinci mərtəbələrindəki mənzillərə daxil olublar. Onların zərərçəkənlərə ümumilikdə 100 min manata yaxın maddi ziyan vurublar. Faktlarla bağlı Sumqayıt ŞPİ-də araşdırmalar aparılır. Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.
Müzakirə qapadılmışdır.