Sumqayıtda narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib

1151

“Beynəlxalq Ailə Günü” ilə bağlı Sumqayıt şəhərində silsilə tədbirlər davam etdirilir. Növbəti tədbir Sumqayıt şəhərində narkomaniyaya qarşı mübarizəyə həsr olunub.

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova, Sumqayıt şəhər Veteranlar Şurasının sədri Sovet Şükürov, Sumqayıt şəhər Gənclər və idman baş idarəsinin rəisi Elgün Hümbətov, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova, Təhsil Şöbəsinin nümayəndəsi Gülbahar Haqverdiyeva, Sumqayıt şəhər Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov iştirak edib.

Tədbirdə narkomaniyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri, bu sahədə görülən praktiki tədbirlərlə bağlı ətraflı məlumat verilib.
“Dəyirmi masa”da narkotik vasitələrin insan orqanizminə zərərli təsirlərindən danışılıb, Sumqayıt şəhərində gənclər arasında maarifləndirmə-təbliğat işlərinin daha da gücləndirilməsi, əhalinin məlumatlılıq səviyyəsinin artırılması, bu məqsədlə mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirdə narkomaniyanın gənclərə təsiri ilə bağlı video rolik göstərilib və mövzu ətrafında müzakirələr aparılıb.

          

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər