Sumqayıtda “Nəsillərin rəngli dialoqu” adlı rəsm sərgisi təşkil edilib

435

Sumqayıt şəhərində “Nəsillərin rəngli dialoqu” rəsm sərgisi baş tutub.

Sumqayıt şəhər İcra Hakimiyyəti ilə Milli Məclisin deputatı Səbinə Salmanovanın birgə təşkilatçılığı ilə gerçəkləşdirilən “Nəsillərin rəngli dialoqu” mövsuzunda rəsm sərgisi Prezidenti İlham Əliyevin doğum gününə həsr olunub.

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, deputatlar, rəssamlar və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə iştirakçılar öncə sərgilənən rəsm əsərlərinə baxıblar.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Səbinə Salmanova sərginin məqsədi haqqında məlumat verib. O, Prezident İlham Əliyevin hər zaman xalqın arasında olduğunu xüsusi vurğulayıb: “Dövlət başçımız doğum günlərində bölgələrə səfər edərək vətəndaşlarla, əsasən də qaçqın və keçmiş məcburi köçkünlərimizlə görüşüb, müxtəlif təməlqoyma və açılış mərasimlərində xalqımızla birlikdə olurdu. Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra isə Prezident öz ad günündə doğma yurdlarına qayıtmış insanlarımızla görüşür, onların yanında olmağa üstünlük verir”.

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov təşkil olunan öz rəsm əsərləri ilə sərgidə iştirak edən uşaqların əl işlərini yüksək qiymətləndirib. Vitse-spiker iştirakçıların xüsusilə, də 44 günlük Vətən Müharibəsinə həsr olunan rəsmlərinin alqışa layiq olduğunu bildirib.

Sumqayıt şəhər Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, ötən 21 ildə Sumqayıtın iqtisadi və sosial həyatında baş verənlər göstərir ki, Ulu Öndərin şəhərlə bağlı bütün arzuları reallaşır, şəhər Prezident İlham Əliyevin müəyyən etdiyi hədəflərə doğru inamla irəliləyir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin inkişaf siyasətinin nəticəsi olaraq Sumqayıt tarixi ənənələrini sürətlə özünə qaytarıb və bu proses bu gün də davam edir.

Zakir Fərəcov vurğulayıb ki, bu cür tədbirlər gənc nəslin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi, onların milli-mənəvi dəyərlərə bağlılıq ruhunda yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. “Nəsillərin rəngli dialoqu” layihəsi gənclər və yaşlı nəsil arasında mədəni və intelektual bağların möhkəmlənməsinə töhfə verir. Şəhər rəhbəri vurğulayıb ki, Sumqayıtın son illərdə incəsənət və mədəniyyət sahəsində əldə etdiyi uğurlar Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsidir.

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Xalq şairi Sabir Rüstəmxanlı keçirilən tədbirin əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıblar.

Çıxışlardan sonra rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər