Sumqayıt şəhərində növbəti iməcilik aksiyası uğurla həyata keçirilib. Xəzərin Sumqayıt sahilində təşkil olunan genişmiqyaslı iməcilik aksiyası çərçivəsində ətraf mühitin qorunması məqsədilə təmizlik işləri aparılıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan aksiyada Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları fəal iştirak edib. Onlar gün boyu davam edən iməcilikdə yol boyunca təmizlik işləri görərək ərazidə yığılan tullantıları toplayaraq daşınmasını təmin ediblər. Təmizlik işləri zamanı müxtəlif növ tullantılar toplanaraq daşınıb.
Müzakirə qapadılmışdır.