Sumqayıtda növbəti səyyar qəbul keçirildi

1743

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vətəndaşların müraciətlərini dinləmək və problemlərinin həlli ilə bağlı yerində qərarlar qəbul etmək məqsədilə növbəti səyyar qəbul keçirib.

Şəhərin 5-ci mikrorayon ərazisində keçirilən qəbulda şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.

Qəbulda vətəndaşıların təklif, müraciət və şikayətləri şəhər rəhbəri tərəfindən dinlənilib. Səyyar qəbul-görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Səyyar qəbulda iştirak edən şəhər sakinləri Sumqayıtda son illərdə görülmüş genişmiqyaslı işlərindən razılığını ifadə ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər