Sumqayıtda növbəti səyyar qəbul keçirilib

605
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov  vətəndaşlarla növbəti görüşünü keçirib. Səyyar görüş Sumqayıt şəhər 9-cu mikrorayon ərazisində baş tutub.

Görüşdə şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, müxtəlif idarə və müəssisələrin rəhbərləri, təşkilat nümayəndələri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.

Şəhər rəhbəri qeyd edib ki, Sumqayıt şəhərində ötən dövr ərzində mərhələləli şəkildə həyata keçirilən sosial-iqtisadi layihələr, abadlıq-quruculuq işləri nəticəsində şəhər sakinlərini narahat edən bir çox məsələlər öz həllini tapıb, mövcud problemlərin həlli istiqamətində müsbət nəticələr əldə olunub. Bir neçə il öncə şəhər sakinləri tərəfindən qaldırılan problemlərlə bağlı müraciətlər xeyli azalıb.

Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub. Müvafiq araşdırma tələb edən digər məsələlərin həlli ilə bağlı tədbirlərin görülməsi, müraciətlərinin araşdırılması və nəzarətə götürülməsi ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər